Bilik Dəftəri · bilikdefteri.az
Məxfilik siyasəti
Şəxsi məlumatlarınız necə toplanır, nə üçün istifadə olunur və necə qorunur — qısa və aydın.
1 Topladığımız məlumatlar
Qeydiyyat: ad, soyad, e-poçt, əlaqə nömrəsi (istəyə bağlı), rol, sinif/kurs və təhsil müəssisəsi.
İstifadə: test nəticələri, irəliləyiş, giriş tarixləri və sessiya müddətləri.
Davamiyyət: QR ilə qeyd olunan giriş-çıxış vaxtları.
Məzmun: tapşırıq faylları və platforma daxili mesajlar.
2 Məlumatların istifadə məqsədləri
Məlumatlar yalnız təhsil xidməti, irəliləyiş izləməsi, davamiyyət, valideyn hesabatları, reytinq/turnir, sertifikat və bildirişlər üçündür. Fərdi məlumatları üçüncü tərəflərə satmırıq və reklam məqsədilə paylaşmırıq.
3 Bildirişlər və xatırlatmalar
Platforma daxili və (e-poçt təsdiqlidirsə) e-poçt bildirişləri göndərilə bilər: tapşırıqlar, davamiyyət, elanlar, hədəflər. Valideynlərə övladın dərsə giriş-çıxışı barədə bildiriş gedir.
4 Müəllim və inzibatçı görünürlüyü
Müəllim və inzibatçılar şagirdin test nəticələrini, davamiyyətini və analitikasını görə bilər — yalnız öz qrupu/kursu çərçivəsində.
5 Valideyn nəzarəti
Valideyn yalnız dəvət kodu ilə bağlı övladının nəticələrini, irəliləyişini və davamiyyətini izləyə bilər.
6 Uşaqların məxfiliyi
Azyaşlı istifadəçilərin təhlükəsizliyi prioritetdir. 18 yaşından kiçiklərin valideyn/qəyyum nəzarəti ilə istifadəsi tövsiyə olunur.
7 Məlumatların təhlükəsizliyi
Şifrələr hashed formada saxlanılır; fayllar və mesajlar qorunan mühitdədir. İnternet üzərindən 100% təhlükəsizlik zəmanəti mümkün deyil.
8 Sosial şəbəkə vasitəsilə giriş
Google və oxşar girişlərdə yalnız ad və e-poçt götürülür. Sosial şifrələrə çıxışımız yoxdur.
9 Hesabın və məlumatların silinməsi
Hesabınızı və fərdi məlumatlarınızı silmək üçün «Əlaqə» bölməsindən müraciət edin — sorğular qısa müddətdə icra olunur.
10 Əlaqə məlumatları
Məxfiliklə bağlı suallar üçün:
Telefon: +994 50 366 26 06
Ünvan: Masallı rayonu, Azərbaycan